EN

ITFC 2008-ci ildən bəri Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün ticarət maliyyələşməsinin həcmini açıqlayıb

Bakı. Trend:

2024-cü il üzrə Beynəlxalq İslam Ticarət və MaliyyəKorporasiyasının (ITFC) dərc olunmuş İllik Hesabatına əsasən,Azərbaycan 2008-ci ildə ITFC-nin yaradılmasından bəri ümumilikdə 93milyon ABŞ dolları məbləğində ticarət maliyyələşdirilməsi üçüntəsdiq alıb.

Trend xəbər verirki, sənədə əsasən, Mərkəzi Asiya ilə əməkdaşlıqda da fəallaşmamüşahidə olunur və bu region üzrə təsdiq edilmiş ümumi ticarətmaliyyələşdirilməsi həcmi belə olub:

Özbəkistan — 926 milyon dollar

Qazaxıstan — 810 milyon dollar

Qırğızıstan — 26 milyon dollar

Tacikistan — 212 milyon dollar

Türkmənistan — 75 milyon dollar

Ümumilikdə, Mərkəzi Asiyanın beş dövləti 2 milyard ABŞdollarından artıq məbləğdə maliyyələşdirmə alıb ki, bu da ITFC-ninregionda iqtisadi inteqrasiyanı dəstəkləməyə və ticarətininkişafına artan marağını əks etdirir.

Hesabatda vurğulanır ki, İslam ticarət maliyyələşdirməsini qəbuledən əsas ölkələr Özbəkistan və Qazaxıstan olub. Bu ölkələrsənayenin transformasiyası və ixracyönümlü inkişaf sahəsindəkiiddialı strategiyaları sayəsində korporasiyanın davamlı dəstəyiniqazanıblar.

İslam İnkişaf Bankı Qrupunun (IsDB) hərtərəfli sosial-iqtisaditərəqqiyə dəstək missiyasına uyğun olaraq, ITFC ticarətəməliyyatlarının maliyyələşdirilməsinə yönəlmiş səylərini davametdirir. Bu fəaliyyətlər inklüziv inkişafa xidmət edir və iştirakçıölkələrin ehtiyaclarına cavab verir. Korporasiya tərəfindəngöstərilən dəstək ticarətə yönəlmiş inkişaf strategiyalarınıgücləndirir və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdədayanıqlı iqtisadi artıma töhfə verir.

ITFC-nin ticarətin inkişafı və iqtisadi-maliyyə inklüzivliyivasitəsilə həyat keyfiyyətinin yüksəldilməsi sahəsindəki stratejirolu qlobal dayanıqlı inkişaf gündəliyinin mühüm tərkib hissəsiolaraq qalır. Korporasiya hər il İƏT ölkələri üçün aparıcı ticarəthəlləri tədarükçüsü kimi əhəmiyyətli və ölçülə bilən nəticələrnümayiş etdirir.

Chosen
14
az.trend.az

1Sources