EN

Su altında 17 milyard dollarlıq xəzinə tapıldı

BAKI, 14 İYUN. TELEQRAF

Kolumbiyanın Karib dənizində "dünyanın ən zəngin gəmisinin qəzaya uğradığı" ərazinin yaxınlığında qızıl sikkələr tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Live Science" agentliyi məlumat yayıb.

Bildirilir ki, 1708-ci ildə Britaniya döyüş gəmiləri ilə döyüş zamanı batmış İspaniya gəmisində 200 tona qədər qızıl, gümüş və işlənməmiş zinət əşyaları olub.

Müasir hesablamalara görə, xəzinənin dəyəri 17 milyard dollara çata bilər.

Kolumbiya hökuməti xüsusi muzey yaratmaq üçün bəzi artefaktları bərpa etməyi planlaşdırır. Amma xəzinəyə başqa iddiaçılar da var. Xüsusilə İspaniya hökuməti bəyan edib ki, döyüş gəmilərinin qalıqları onun mülkiyyətində qalır.

"Antiquity" jurnalında dərc olunan məlumata görə, yeni araşdırmada Kolumbiya Hərbi Dəniz Qüvvələrinin və digər dövlət qurumlarının alimləri iştirak ediblər.

Chosen
4
teleqraf.com

1Sources