EN

2 tərəvəzdən hazırlanan bu salat ömrü uzadır

Alimlər sağlamlığa müsbət təsir edən, hazırlanması asan olan iki məhsulun birləşməsini müəyyən ediblər. Söhbət xiyar və sarımsaqdan gedir.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, Amerika Ürək Assosiasiyasının məlumatına görə, bu sadə salat yüksək qan təzyiqi və xolesterinlə mübarizədə faydalı ola bilər. Salatı hazırlamaq üçün sadəcə doğranmış xiyar və əzilib qatılmış sarımsağı qarışdırmaq, üzərinə bir qədər zeytun yağı və duz əlavə etmək kifayətdir.

Araşdırmalara əsasən, xiyar kaliumla zəngin olduğu üçün qan təzyiqini tənzimləyir, damar divarlarında yığılan maddələrin qarşısını alır və xolesterini azaldır. Eyni zamanda, tərkibindəki liflər maddələr mübadiləsini dəstəkləyir.

Sarımsaq isə tərkibindəki allisin maddəsi sayəsində damarların genişlənməsinə və qan dövranının yaxşılaşmasına kömək edir. Bu da ürək-damar xəstəliklərinin riskini azaldır.

Mütəxəssislər hesab edir ki, düzgün və balanslı qidalanma sağlam ömür sürməyin əsas şərtlərindən biridir. Sadə, lakin təsirli bu salat gündəlik menyuya daxil edilə bilər.

Chosen
38
manset.az

1Sources