EN

“Barselona” Luis Diazı transfer etmək istəyir

Bakı. Trend:

“Barselona” rəhbərliyi hücumu gücləndirmək məqsədilə“Liverpul”un hücumçusu Luis Diazı prioritet transfer variantı kimigörür, lakin onun üçün 60 milyon avrodan artıq ödəmək niyyətindədeyil.

Trend xəbər verirki, bu barədə “Mundo Deportivo” klubdakı mənbələrə istinadənməlumat yayıb.

Əgər Diazu transfer etmək mümkün olmazsa, kataloniyalılar“Mançester Yunayted”in vingeri Markus Reşford və ya “Atletik”inhücumçusu Niko Uilyamsa yönələ bilər.

Ötən mövsüm Luis Diaz bütün yarışlarda 50 oyun keçirib, 17 qolvurub və 8 məhsuldar ötürmə edib. Onun “Liverpul”la müqaviləsi2027-ci ilin yayına qədərdir və bazar dəyəri Transfermarkt-a görə70 milyon avro qiymətləndirilir.

Chosen
17
az.trend.az

1Sources