EN

“Fitch Ratings” Azərbaycanın reytinqini “BBB-” səviyyəsində təsdiqləyib

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın xaricivalyutada uzunmüddətli emitent defolt reytinqini (“EDR”) “BBB-“səviyyəsində, stabil proqnozla təsdiqləyib.

Trend xəbər verirki, agentliyin açıqlamasında bildirilir ki, bu reytinq Azərbaycanıngüclü xarici balansı, “BBB” kateqoriyasında ən aşağı dövlət borcusəviyyəsi və böyük suveren rifah fondunun aktivləri sayəsindəyüksək maliyyə çevikliyi ilə dəstəklənir.

Agentlik qeyd edib ki, Azərbaycanın 2025-ci ilin sonuna stratejiehtiyatları 74 milyard dollar səviyyəsində qiymətləndirilir(2022-ci illə müqayisədə 5,9 milyard dollar artım). Proqnozlaragörə, suverenin xalis xarici aktivləri 2025-2026-cı illərdə ortahesabla ÜDM-in 67%-ni təşkil edəcək ki, bu da “BBB” və “A”reytinqləri üçün median göstəricilərdən əhəmiyyətli dərəcədəyüksəkdir.

Chosen
18
1
az.trend.az

2Sources