2023-cü il Nobel Sülh Mükafatı Norveçin paytaxtında təqdim olunub.
Publika.az xəbər verir ki, bu barədə Karolinska Tibb İnstitutunun Nobel Komitəsi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Komitənin mətbuat xidmətinin məlumatına görə, oktyabrda mükafat İranda insan haqları təşkilatının vitse-prezidenti, fəal Nərgiz Məhəmmədiyə "İranda qadınların təzyiqinə qarşı mübarizəyə və insan hüquq və azadlıqlarının təşviqi uğrunda mübarizəyə görə" verilib.
Qadın hazırda həbs cəzasını çəkir, ona görə də onun övladları, 17 yaşlı əkizlər Əli və Kiana Rəhmani mərasimə gəlib və onlara mükafat təqdim edilib.