EN

Nəzrin Əhmədli Avropa üçüncüsü oldu

Azərbaycan güləşçisi Nəzrin Əhmədli Şimali Makedoniyada təşkil olunmuş U-17 Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, Şimali Makedoniyadanın paytaxtı Skopyedə 17 yaşadək güləşçilər arasındakı keçirilən U-17 Avropa çempionatı davam edir.

Beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Nəzrin Əhmədli (46 kq) təsəlliverici görüşdə yerli güləşçi Spasila Vasilevanı “tuş”la məğlub edib. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovayla üz-üzə gəlib. 8:1 hesablı qələbə qazanan Nəzrin növbəti dəfə Avropa üçüncüsü olub.

Chosen
49
10
arena.az

10Sources