EN

Şəmkirdə boğulma hadisəsi: iki nəfərin meyiti axtarılır

Şəmkirdə iki nəfər su kanalında batıb.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndindəki su kanalında baş verib.

İlkin məlumata görə, batan şəxslərdən biri qadın, digəri kişidir.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
21
13
busaat.az

10Sources