EN

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

İran hökumətinin nümayəndələri Tehranın nüvə proqramı ilə bağlı saziş bağlamaq istəyi ilə zəng edirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News” kanalının efirində bildirib.

“İran saziş bağlamaq şansını qaçırdı. İndi, ola bilsin, onların başqa fürsəti ola bilər. Baxacağıq”, - o deyib.

İranın niyə indi, İsrailin hücumlarından sonra saziş bağlamaq istəməsi ilə bağlı sualın cavabında o vurğulayıb ki, İran hökumət nümayəndələri artıq ona bu cür təkliflərlə müraciət edirlər.

“Onlar mənə zəng edirlər, saziş haqqında danışmağa çağırırlar”, - Tramp söyləyib.

Chosen
16
19
operativmm.az

10Sources