EN

ABŞ maraqlarının təmsilçisi İran XİN-ə çağırılıb

İsveçrənin Tehrandakı səfiri, eləcə də İranda ABŞ-nin maraqlarını təmsil edən Nadin Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə News365.az İRNA-ya istinadən xəbər verir.

Diplomata ABŞ rəsmilərinin İsrailin İrana hücumları ilə bağlı səsləndirdikləri bəyanatlarla əlaqədar etiraz bildirilib.

XİN-də bildiriblər ki, ABŞ hökuməti İsrailin avantürizminin nəticələrinə görə məsuliyyət daşıyır.

Chosen
29
7
news365.az

10Sources