EN

İraq İsrailin hərəkətləri ilə bağlı BMT-yə şikayət edib

İraq Xarici İşlər Nazirliyi İsrailin İrana qarşı hərbi əməliyyatlar zamanı ölkənin hava məkanını pozmasına görə BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət ünvanlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

“Cümə günü, iyunun 13-də İraq Respublikası BMT Təhlükəsizlik Şurasına şikayət ərizəsi ilə müraciət edərək, İsrail qurumunun İraqın hava məkanını pozmasını kəskin şəkildə pislədiyini bildirib”, – nazirlik bildirib.

Bundan əlavə, İraq öz hava məkanından İrana qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə olunmasına etirazını bildirib.

Chosen
25
4
nocomment.az

5Sources