EN

Stefano Pioli yenidən İtaliyaya qayıdır

Bakı, 13 iyun, AZƏRTAC

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının baş məşqçisi Stefano Pioli yenidən İtaliyaya qayıdacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şira məlumat yayıb. Mənbənin sözlərinə görə, 59 yaşlı mütəxəssis “Fiorentina”nın başına keçəcək.

Hazırda italiyalı çalışdırıcının agenti “Əl-Nəsr” klubu ilə müqaviləni ləğv etmək barədə danışıq aparır.

Qeyd edək ki, Stefano Pioli 2017-2019-cu illərdə də “Fiorentina”ya rəhbərlik edib.

Chosen
11
2
azertag.az

3Sources