EN

“Neftçi” sabiq “Lans”lı ilə maraqlanır

“Neftçi” heyətinə daha bir legioner qatmaq istəyir.

Msport.az “Themma Sports” nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Apollon”un 26 yaşlı cinah yarımmüdafiəçisi Şarl Boli ilə maraqlanır.

Kipr klubu fransız oyunçunu icarəyə verməyə hazırdır. Bolinin “Apollon”la müqavilə müddəti 2025-26 mövsümünün sonuna qədər qüvvədədir.

Daha əvvəl “Neftçi” “Apollon”dan Sessi D’Almeydanı heyətinə qatmışdı. Bu transfer üçün Bakı klubunun 200 min avro (təxminən 385 min manat) ödədiyi bildirilir.

Qeyd edək ki, 26  yaşlı yarımmüdafiəçi daha əvvəl “Lans”, “Parsi”, “Viçentsa” və “Pau” klublarında oynayıb.

Chosen
51
2
msport.az

5Sources