EN

Kürdəmir rayon prokurorluğunda “Açıq Qapı” günü keçirilib

Bakı.Trend:

İyunun 13-də Kürdəmir rayon prokurorluğunda “Açıq Qapı” günükeçirilib. Tədbirdə media nümayəndələri, qeyri-hökuməttəşkilatlarının təmsilçiləri və ictimai fəallar iştirakediblər.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Tədbirin məqsədi vətəndaşların prokurorluq orqanlarınınfəaliyyəti ilə daha yaxından tanış olması, hüquqi maarifləndirməninartırılması və şəffaflığın təşviqi olub.

Tədbirin açılışında çıxış edən Kürdəmir rayon prokuroru Turalİbrahimov prokurorluğun fəaliyyəti və islahatlar barədəiştirakçılara məlumat verib. Tural İbrahimov bu cür tədbirlərinhüquqi biliklərin artırılmasında mühüm rol oynadığını bildirib vəşəffaflıqla yanaşı, vətəndaş hüquqlarının müdafiəsinin dəprokurorluğun əsas prioritetlərindən olduğunu vurğulayıb. O, rayonprokurorluğunun gündəlik işi, səlahiyyətləri və vətəndaşlarlaünsiyyət prinsipləri barədə məlumat verib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru KənanZeynalov prokurorluq sistemində aparılan islahatlardan danışaraq,bu dəyişikliklərin şəffaflığı artırmaq, hüquqi təminatlarıgücləndirmək və vətəndaş məmnunluğunu təmin etmək məqsədidaşıdığını qeyd edib. O həmçinin ictimaiyyətlə əlaqələringenişləndirilməsi istiqamətində görülən işlərə toxunub.

Tədbir çərçivəsində digər prokurorluq əməkdaşları da çıxışedərək öz sahələri üzrə təcrübə və biliklərini iştirakçılarlabölüşüblər. Qonaqlar prokurorluğun iş prosesi, hüquqi prosedurlarvə vətəndaş müraciətlərinə baxılması qaydaları ilə bağlıməlumatlandırılıblar.

Daha sonra iştirakçılara prokurorluq əməkdaşlarının gündəlikfəaliyyətindən bəhs edən “Valideynimin peşəsi” adlı qısa metrajlıfilm nümayiş etdirilib.

Tədbirin interaktiv hissəsində iştirakçılar hüquqi suallarünvanlayıb və ətraflı cavablar alıblar. Ardınca prokurorluğun yeniinzibati binası ilə tanışlıq turu təşkil olunub. Qonaqlaraəməkdaşlar üçün yaradılmış müasir iş şəraiti, “Elektronprokurorluq” sistemi, kriminalistik avtomobil və texnikiavadanlıqlar təqdim olunub. Eyni zamanda, istintaq proseslərindəmüasir texnologiyaların tətbiqi barədə ətraflı məlumat verilib.

Sonda iştirakçılarla xatirə fotoşəkli çəkilib.

Chosen
28
az.trend.az

1Sources