EN

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bakı Fond Birjası” və onun məsul şəxslərini cərimələyib.

Bu barədə Valyuta.az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən “Bakı Fond Birjası” QSC-də (BFB) aparılmış hərtərəfli yoxlamalar çərçivəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiş tədbirlər vaxtında icra edilməyib. 

Bununla bağlı  BFB İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən 6000 manat məbləğində, BFB-nin vəzifəli şəxsi isə Mərkəzi Bank tərəfindən 1500 manat məbləğində cərimələnib.

Bundan əlavə, BFB-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydalarının pozulmasına görə BFB-nin listinq komitəsinin sədrinə İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə tətbiq edilib.

Nara

Chosen
21
15
valyuta.az

10Sources