EN

Mossad-ın İran ərazisində həyata keçirdiyi əməliyyat görüntüləri yayıldı - VİDEO

BAKI, 13 iyun. TELEQRAF

İsrailin xüsusi xidməti orqanı Mossad İranın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq məqsədilə ölkə ərazisinə dəqiq zərbə sistemləri yerləşdirdiyinə dair videogörüntülər yayılıb.

Teleqraf xəbər verir ki, məlumat "İsrail Posta" nəşrinə istinadən təqdim olunub.

Məlumata görə, Mossad əməkdaşları öncədən İran ərazisinə daxil olaraq, müəyyən edilmiş strateji nöqtələrdə idarə olunan raket buraxılış qurğuları yerləşdiriblər.

Yayılan videolarda bu qurğuların İranın hava hücumundan müdafiə sistemlərinə qarşı istifadə olunmaq üçün hazırlandığı açıq şəkildə görünür.

Chosen
64
teleqraf.com

1Sources