EN

Dünya çempionatı: Azərbaycanın üç cüdoçusu günü medalsız başa vurub

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib.

"Report" xəbər verir ki, mundialın ilk günündə Azərbaycanın üç cüdoçusu tatamiyə çıxıb. Onlar hamısı çıxışını medalsız bitiriblər.

60 kq
Əhməd Yusifov 1/16 finalda yaponiyalı Ryuju Naqayama ilə güləşib. Cüdoçumuz startda məğlubiyyətə üzülüb.

Qadınlar
48 kq

Leyla Əliyeva (48 kq) mübarizəyə 1/32 finaldan başlayıb. O, Kurbanay Kurbanova (Türkmənistan) ilə üz-üzə gəlib və qələbə qazanıb. Cüdoçumuz ikinci qarşılaşmasında Laura Martineslə (İspaniya) gücünü yoxlayıb. Mərhələni rəqib adlayıb.

Könül Əliyeva 1/32 finalda Mariya Labordeyə (ABŞ) uduzub.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb. Yığmamız, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Chosen
65
report.az

1Sources