EN

İsrail niyə İrana aviazərbələr endirib? - Əməliyyatın səbəbləri və hədəfləri

Bakı. Trend:

İyunun 13-nə keçən gecə İranın paytaxt Tehran, eləcə də, İsfahanvə strateji əhəmiyyətə malik Natanzdakı nüvə obyektinin ətrafıdaxil olmaqla, bir neçə bölgədə partlayışlar olub. Bu partlayışlarİsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə proqramı və raketistehsalı ilə bağlı obyektlərinə qarşı yönəlmiş əlaqələndirilmişhava əməliyyatı nəticəsində baş verib.

İranın Hava Hücumlarından Müdafiə Qüvvələri döyüş hazırlığıvəziyyətinə gətirilib, ölkənin bir neçə bölgəsi üzrə hava məkanıbağlanıb, İmam Xomeyni adına beynəlxalq hava limanı isə müvəqqətiolaraq bağlanıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi bəyan edib ki, İsfahan vəBuşəhrdəki obyektlər toxunulmaz qalsa da, Natanz nüvə kompleksihava hücumlarına məruz qalıb. Bununla belə, radiasiya səviyyəsindəartım qeydə alınmayıb ki, bu da dağıntıların məhdud miqyasdaolduğunu göstərir.

İran uzun müddət təkcə ideoloji planda deyil, praktiki olaraq daİsrail üçün əsas təhdidlərdən biri kimi qəbul olunur. İran hökumətimütəmadi olaraq açıq şəkildə yəhudi dövlətinin məhv edilməsinəçağırır və bu, sadəcə şüar deyil, ölkə rəhbərliyi üçün icbaridirektivdir.

İran terrorunun maliyyələşdirilməsi baxımından dünyada ilk yerdəqərar tutur və İsraili məhv etmək məqsədilə hərbi qüdrətinigenişləndirmək üçün böyük investisiyalar ayırır. Xüsusilə nüvəproqramının inkişafına və nüvə silahını daşıya biləcək müxtəlifsinifli raketlərin yaradılmasına xüsusi diqqət yetirilir.

Beynəlxalq Atom Enerji Agentliyinin hesabatlarına əsasən, İranınnüvə proqramı heç də sülhməramlı deyil. Agentlik dəfələrlə nüvəsilahı istehsalına yönəlik məxfi fəaliyyətin izlərini vərazılaşmaların pozulmasını qeydə alıb. Bu günə olan məlumata görə,İran 60%-dək zənginləşdirilmiş 400 kiloqramdan çox uran toplayıbki, bu da nüvə silahı istehsalı üçün tələb olunan 90%-ə çatmaq üçünyalnız texniki baxımdan cüzi bir fərqdir. Son aylardazənginləşdirilmiş uranın həcminin kəskin artması isə xüsusilənarahatlıq doğurur.

Bununla yanaşı, 2024-cü ilin aprel-may aylarında İran və ABŞarasında Oman vasitəçiliyi ilə birbaşa olmayan (vasitəli)danışıqlar aparılıb və məqsəd Tehranı nüvə ambisiyalarındançəkindirmək olub. Lakin zaman göstərdi ki, İran bu danışıqlardandiplomatik ritorikanı öz zərərli niyyətlərini və proqramınsürətləndirilməsini ört-basdır etmək üçün istifadə edib.

İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə,ölkəsinin atdığı addımlar “qeyri-məqbul təhdidin” qarşısını almağayönəlmiş məcburi özünümüdafiə kampaniyasıdır. İsrail əməliyyatıqətiyyətlə və hədəfli şəkildə həyata keçirir, zərbələr İranın nüvəvə raket infrastrukturu ilə əlaqəli hərbi obyektlərinəendirilir.

Qeyd olunur ki, İsrailin hədəfi İran vətəndaşları deyil, yəhudidövlətinin təhlükəsizliyini təhdid edən radikal qüvvələrdir. İsrailmülki əhalinin zərər çəkməsinin minimuma endirilməsi üçün səylərgöstərir.

Beynəlxalq hüquq baxımından İsrail İrandan gələn təhdidin realvə labüd hal aldığı şəraitdə özünümüdafiə hüququndan çıxışedir.

Bu gün İran tammiqyaslı nüvə arsenalı yaratmağın astanasındadırki, bu da həm İsrail, həm də beynəlxalq ictimaiyyət üçün “qırmızıxətt” sayılır. Tehranın açıq şəkildə İsrailin məhv edilməsinəçağırışları, nüvə proqramı və hərbi gücünün regionda artmaqda davametməsi, yəhudi dövlətinin mövcudluğunu birbaşa təhlükə altınaqoyur.

İsrailin hərbi əməliyyatı, İranın bu təhdidlərini reallığaçevirməyə imkan əldə etməzdən əvvəl bu prosesi dayandırmaqcəhdidir.

Beynəlxalq ictimaiyyət, o cümlədən, Beynəlxalq Atom EnerjiAgentliyi İranı şəffaflığa və əməkdaşlığa çağırsa da, təcrübəgöstərir ki, rejim aldatma və manipulyasiyaya üstünlük verir.İranın vitse-prezidenti Məhəmməd İslami, eyni zamanda, ölkənin atomsənayesinə rəhbərlik edən şəxs kimi, nüvə sənayesinin inkişafetdirilməsinin dinc məqsədlərə xidmət etdiyini və nüvə silahınınyolverilməz olduğunu bəyan edir. Lakin bu sözlərin arxasındagüclərin intensiv şəkildə artırılması gizlənir.

İsrailin gecə keçirdiyi hərbi əməliyyat İran təhdidininuzunmüddətli eskalasiyasının kulminasiya nöqtəsi olub. Bu, təkcədüşmənin nüvə silahı əldə etməsinin qarşısını almaq səylərinideyil, həm də iki fərqli dünyagörüşü və milli maraqların kəskinstrateji qarşıdurmasını əks etdirir.

Əsas sual budur: İran bu vəziyyətə necə reaksiya verəcək vəhadisələr region miqyaslı münaqişəyə çevriləcəkmi? Aydın olan budurki, İsrail qətiyyətli addımlar atmağa hazır olduğunu göstərdi vətəhdid geridönməz hal alana qədər gözləmək niyyətində deyil.

Məqalədə:
Chosen
42
1
az.trend.az

2Sources