EN

Qazaxıstan aviaşirkətləri İran və İraqın hava məkanından yan keçəcək

Astana, 13 iyun, AZƏRTAC

Qazaxıstanın “Air Astana Group” aviaşirkəti İran və İraqın hava məkanının bağlanması ilə əlaqədar “Air Astana” və “FlyArystan”ın bəzi müntəzəm və çarter reyslərinin marşrutunda dəyişiklik edildiyini açıqlayıb.

AZƏRTAC aviaşirkətin mətbuat xidmətinə istinadla xəbər verir ki, Şarm əş-Şeyx, Dubay, Doha, Manama və Mədinəyə uçuşlar İran və İraqın hava məkanından yan keçməklə həyata keçiriləcək.

Qeyd olunur ki, “Air Astana” aviaşirkəti mövcud vəziyyəti diqqətlə izləyir və gələcək dəyişikliklər barədə əlavə məlumat verəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
28
1
azertag.az

2Sources