EN

Rusiya İsrail ilə İran arasında gərginliyin kəskin artmasına münasibət bildirib

Bakı. Trend:

Rusiya İsrail və İran arasında gərginliyin kəskin şəkildəartmasını pisləyir.

Trend xəbərverir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibiDmitri Peskov deyib.

Onun sözlərinə görə, Moskva baş verənlərdən narahatdır vəvəziyyətin tezliklə sabitləşməsini gözləyir.

Kreml nümayəndəsi qeyd edib ki, Rusiya Xarici İşlər NazirliyiPrezident Vladimir Putinin tapşırığına əsasən, tezliklə BMT-də dədaxil olmaqla, ətraflı rəsmi bəyanat hazırlayıb yayacaq.

Peskov onu da bildirib ki, Putin regiondakı vəziyyətlə bağlıMüdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti və Xarici İşlərNazirliyindən real vaxt rejimində hesabatlar alır.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.

Chosen
7
az.trend.az

1Sources