EN

“Kəpəz”dən transfer xəbəri – Bu 4 oyunçuya müqavilə təklif olundu

Adil Şükürovla müqavilə bağlayan “Kəpəz”də transfer çalışmalarl sürətləndirilib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu daha çox ötən mövsümü yüksək şəkildə keçirən futbolçularla anlaşmaya varmaq niyyətindədi. “Sarı-göylər”in məşqçilər heyəti Dioqo Verdaşka, Rojerio Santos, Mahammadu Ba və Luis Paçunu komandada saxlamaq niyyətindədi.

Sözügedən futbolçuların klubla müqaviləsi başa çatıb. Gəncə təmsilçisinin rəhbərliyi bu futbolçularlın agentləri ilə danışıqları davam etdirir. Son anda hər hansı bir dəyişiklik olmasa, sözügedən oyunçuları yeni mövsümdən də “Kəpəz”də görə bilərik.

Chosen
19
idmanxeber.az

1Sources