Bakı. Trend:
İstehlakçıya yazılı bildiriş göndərilmədən qazın verilməsinindayandırılmasının qadağan edildiyi hallar müəyyənləşir.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan "Qaz təchizatı haqqında" qanunlayihəsində öz əksini tapıb.
Qüvvədə olan "Qaz təchizatı haqqında" Qanuna əsasən, qazxətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılıbildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildirişgöndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.
Qanuna təklif edilən dəyişikliyə əsasən, qazınsayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesabıistehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçıtərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə, qazsatıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda, habelə illik işplanında göstərilən müddətlərdə təmir-profilaktika işləriaparılarkən istehlakçıya 3 (üç) gün əvvəl elektron poçt (olduğuhalda) və ya digər kommunikasiya vasitələri ilə yazılı xəbərdarlıqgöndərilmədən qazın verilməsinin dayandırılması qadağanediləcək.
Qazın verilməsinin dayandırılması barədə yazılı xəbərdarlığınistehlakçı tərəfindən rəsmi qaydada alınmasını sübut etməkvəzifəsini qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistemoperatoru daşıyacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.