ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Bakıda Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və "ROK Expo” şirkətinin təşkilatçılığı ilə II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi keçirilib.
AZXEBER.COM xəbər verir ki, forum çərçivəsində "Türk dünyasında medianın rolu” mövzusunda panel müzakirə baş tutub.
Paneldə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, Editor.az saytının rəhbəri Fərid Şahbazlı, "Passage" jurnalistinin təsisçisi Nərmin Ağası, Türkiyə "Birlik Haber Ajansı"nın rəhbəri Murat Anar, KKTC Gazetecilər Birliyinin təmçilçisi Sərdar Şengül iştirak edib.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Paneldə Türk dövlətləri arasında informasiya əməkdaşlığının gücləndirilməsi, ortaq media layihələrinin təşviqi və medianın iqtisadi əməkdaşlıqdakı rolu barədə müzakirələr baş tutub.
Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Qazaxıstandan olan jurnalist həmkarlarımızla birlikdə "Türk dünyasında medianın rolu” mövzusunda fikir mübadiləsi apardıq. Türk dövlətləri arasında informasiya əməkdaşlığının gücləndirilməsi, ortaq media layihələrinin təşviqi və medianın iqtisadi əməkdaşlıqdakı rolu barədə maraqlı və faydalı müzakirələr baş tutdu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.