EN

İran və İsrailin Azərbaycanın xarici ticarətində yeri

İran və İsrail arasında hərbi qarşıdurma baş verdiyi bir vaxtda  Azərbaycanın  bu ölkələrlə ticarət əlaqələrinin vəziyyəti yenidən gündəmə gəlib.  

Modern.az Azərbaycanın hər iki ölkə ilə ticarət əlaqələrinin səviyyəsi və strukturunu araşdırıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin 4 ayında Azərbaycandan İrana 5,9 milyon dollarlıq məhsul ixrac olunub. Bu Azərbaycanın ümumi ixracının cəmi 0,07 faizini təşkil edir.

İrandan isə Azərbaycana 199 milyon dollarlıq mal gətirilib. İranın Azərbaycanın ümumi idxalında payı 2,4 faizdir.

İrandan Azərbaycana meyvə-tərəvəz, çay, qənnadı məhsulları, un məmulatları, təbii qum, kvars, gips, sement, sürkü yağları, yuyucu vasitələr, kimya sənayesi məhsulları, ayaqqabı, metal konstruksiyalar, elektrik avadanlıqları gətirilib.

Azərbaycandan isə İrana əsasən elektrik enerjisi, təbii qaz, metal konstruksiyalar ixrac olunur.  

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanla İsrail arasında xarici ticarət dövriyyəsi 23 milyon dollar olub.

Azərbaycandan İsrailə 13 milyon dollarlıq mal göndərilib, İsraildən Azərbaycana 10 milyon dollarlıq mal idxal olunub.

İsrail Azərbaycanın ixracında 0,15 faiz, idxalında 0,12 faiz paya malikdir. 

Azərbaycandan İsrailə ixrac olunan məhsullar arasında əsas yeri xam neft tutur.

Chosen
20
1
modern.az

2Sources