EN

Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əsgəran istiqamətində tur: Tarix və zəfər dolu bir gün cəmi 65 manata

Tarixi yerləri ziyarət etmək və Qarabağın zəfər dolu ab-havasını yerində hiss etmək istəyənlər üçün "Star Travel" turizm agentliyi tərəfindən Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əsgərana 1 günlük tur təşkil olunur.

Finss.az xəbər verir ki, turun qiyməti ekonom paket üçün 65 AZN, standart paket üçün isə 70 AZN-dir.

Ekskursiya proqramına Xankəndi şəhər gəzintisi, Xocalıdakı yeni qəsəbə, Əsgəran Qalası, Ağdam Cümə Məscidi, Şuşadakı Yuxarı Gövhər Ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa qalası, Cıdır düzü, İsa bulağı və güllələnmiş büstlərin ziyarəti daxildir. Maarifləndirici söhbətlər və musiqilər səfəri daha da maraqlı edəcək.

Tur paketinə nəqliyyat, portal qeydiyyatı, ekskursiyalar, bələdçi xidməti, ekonom paket üçün çay, standart paket üçün səhər yeməyi daxildir. 5 yaşa qədər uşaqlar üçün ödənişsiz iştirak imkanı da nəzərdə tutulub (portal və qeydiyyat xərcləri xaricində).

Tur iyun ayı ərzində 6, 7, 8, 9, 14, 15, 18, 19, 21, 22, 25, 26, 28 və 29 tarixlərində həyata keçiriləcək. Toplanış saat 04:00-da Gənclik metrosu, Caspian Shopping mərkəzinin qarşısında baş tutacaq. Bakıdan çıxış 04:39-da nəzərdə tutulur. Bakıya qayıdış təqribən 23:00-23:30 radələrindədir.

Əlavə məlumat və qeydiyyat üçün: (070) 932 13 33 – Star Travel Turizm Agentliyi.

Fuad Mədətov
Finss.az

Chosen
19
fins.az

1Sources