EN

İranın Ali Liderinin müşavirinin vəziyyəti ağırdır

Bakı. Trend:

İranın Ali Lideri Ayətullah Seyid Əli Xameninin müşaviri admiralƏli Şəmxanin vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə Trendİran KİV-ə istinadən məlumat verir.

Məlumata görə, İsrailin İrana hava zərbələrində Əli Şəmxaninində evi vurulub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakinhəkimlərin onun sağ qalmasına ümidi olduqca azdır.

Qeyd edək ki, İsrailin İrana hərbi hava hücumu nəticəsində çoxlusayda hərbçi, o cümlədən, Silahlı Qüvvələrin Baş Qərargah rəisi,general Məhəmməd Baqeri və SEPAH baş komandanı Hüseyn Salamiölüb.

Chosen
23
az.trend.az

1Sources