EN

Albom qapağı müzakirə yaratdı

Dünyaca məşhur gənc ulduz Sabrina Karpenter yeni çıxacaq “Man’s Best Friend” adlı albomunun təqdimat fotosu ilə sosial medianın gündəminə düşüb.

OLAY yazır ki, albomun kover görüntüsü yayımlandığı andan etibarən geniş tənqid və müzakirələrə səbəb olub .

Vizualda Sabrinanın retro, seksual və ironik tərzdə poza verməsi bir çoxu tərəfindən qadın obrazını aşağılanması kimi təqdim edilib.

Xüsusilə albomun adı ilə (“Man’s Best Friend”) vizual arasında qurulan münasibət  bəzi izləyicilər tərəfindən “qadının ev heyvanı kimi təqdim edilməsi” kimi yozulub və bu, seksist mesaj verildiyi düşüncəsini yaradıb. Sosial mediada “Feminizmə zidd mesaj”, “Qadınları kiçildən simvolika” kimi şərhlər artmaqda davam edir.

Bununla yanaşı, Sabrinanın tərəfdarları isə bu yanaşmanı rədd edərək, sənətçinin  yumoru və cəmiyyətdəki gender rollarına ironik yanaşması olduğunu müdafiə edirlər. Onlara görə, bu görüntü bir tənqid, hətta sarkazm  elementidir və məqsədi əksinə, bu stereotipləri ifşa etməkdir.

Qeyd edək ki, “Man’s Best Friend” albomu ilə  Karpenterin öncəki albomlardan daha sərt, təxribatçı və açıq mesajlı bir dönüş etməsi gözlənilir.

Chosen
53
1
olay.az

2Sources