BAKI, 13 iyun. TELEQRAF
Artımların inflyasiyaya təsirlərinin təhlükəli həddə çatması mümkün deyil.
Teleqraf xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev 2025-ci ildə həyata keçirlən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinqdə jurnalistlərin suallarını cavablayarkən deyib.
O bildirib ki, artımlar istənilən halda təsir göstərir.
"Amma bunun inflyasiyaya 2 rəqəmli təsiri mümkün deyil", - o əlavə edib.