EN

İsrail İran dronlarını təsirsizləşdirdiyini bildirir

İsrail İran dronlarını təsirsizləşdirdiyini bildirir.

APA “The Associated Press”ə istinadən xəbər verir ki, İsrail ordusu, İran dronlarını təsirsizləşdirməyə başladığını bildirib.


Bundan əvvəl, ordu İranın Tehrana və digər şəhərlərə endirilən zərbələrə cavab olaraq İsrailə 100-dən çox dron göndərdiyini açıqlamışdı.


İsrail rəsmisi bildirib ki, bu dronların qarşısı İsrail ərazisindən kənarda alınır, lakin ətraflı məlumat verməyib.

Chosen
10
2
apa.az

4Sources