EN

Yardımlıda traktor aşıb, sürücü hadisə yerində ölüb


Yardımlı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Yardımlı rayon Urakəran kəndində yaşayan Qəliyev Yaqub Rafiq oğlu idarə etdiyi “Belarus” markalı, 65-T-211 dövlət qeydiyyat nişanlı traktoru qoşqu ilə birlikdə aşırıb. Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Yardımlı rayon prokurorluğunda araşdırma aparılır.

Mətləb

Chosen
20
16
baki-xeber.com

10Sources