EN

İsrail Baş naziri hücumun səbəbini açıqlayıb

BAKI, TurkicWorld

Təhlükə aradan qalxana qədər mübarizə davam edəcək.

TurkicWorld xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı başlatdıqları hücumla bağlı ilk rəsmi açıqlamanı verib.

O, bu hücumların İranın yaratdığı təhlükə aradan qaldırılana qədər davam edəcəyini bildirib və kampaniyanın “Yüksələn Şir” adlandırıldığını açıqlayıb.

Netanyahu bəyan edib ki, hücumun əsas hədəfi İranın Natanz şəhərində yerləşən nüvə zənginləşdirmə obyektləri və ballistik raket proqramıdır. Baş nazir, İranın nüvə silahı əldə etməyə çox yaxın olduğunu iddia edərək, bu vəziyyətin İsrail üçün təhlükə təşkil etdiyini bildirib.

“İran rejimi 3 il ərzində 10 min ballistik raket istehsal etməyi hədəfləyir və bu, qəbuledilməzdir. Bizim problemimiz İran xalqı ilə deyil, rejimlədir”- deyə o, çıxışında qeyd edib.

İsrail ordusunun sözçüsü də məsələyə münasibət bildirib. Açıqlamada hücumların yüksək keyfiyyətli kəşfiyyat məlumatlarına əsaslandığı və İsrailin müdafiə ilə yanaşı hücumda da müxtəlif ssenarilərə hazır olduğu bildirilib. Ordunun bəyanatında vurğulanıb ki, İranın regionda terror təşkilatlarını dəstəkləməsi və 7 oktyabr hücumlarında HƏMAS-a verdiyi dəstək bu qarşıdurmanın səbəblərindəndir.

Qeyd edək ki, bu bəyanatlar İranla İsrail arasında gərginliyin daha da artdığını göstərir və bölgədə yeni bir müharibə riskini gücləndirir.

Chosen
2
50
turkic.world

10Sources