Bakı. Trend:
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyətiqurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsindəittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsiistiqamətində səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Ədliyyə Nazirliyindən Trend-ə bildirilib ki, iyunun 12-dəİnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosutərəfindən beynəlxalq axtarışa verilən daha bir nəfərin nazirliktərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olub quldurluqedərək (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-cimaddəsi) zərərçəkmiş şəxsə məxsus 120.000 manat məbləğində pulvəsaitini ələ keçirməkdə ittiham edilmiş Azərbaycan Respublikasınınvətəndaşı Məmmədov Ramil Ramiz oğlunun yeri Bosniya vəHerseqovinada müəyyən olunaraq həbs edilib.
Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunansənədlər qarşı tərəfə təqdim olunub, habelə işçi danışıqlaraparılıb. Nəticədə həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlırazılıq əldə olunub.
Ramil Məmmədov nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsininvə Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Sarayevoşəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasənPenitensiar xidmətin müvafiq istintaq təcridxanasınayerləşdirilib.