İran Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Əbolfəzl Şekarci bildirib ki, "İran İslam Respublikasının cavab tədbirləri qəti olacaq və düşmən ağır bədəl ödəyəcək".
İran ordusunun rəsmisi İsrailin hücumlarını "ABŞ-ın dəstəyi ilə həyata keçirdiyi" iddiası ilə çıxış edib.
O bildirib ki, Silahlı Qüvvələr tam hazır vəziyyətdədir və ağır cavab verəcək.
Sözçü eyni zamanda, bir neçə komandirin öldürüldüyünü təsdiqləyib.
APA
Tarix: 13 İyun 2025, 08:01