EN

İsraildə fövqəladə vəziyyət elan edildi, hava məkanı BAĞLANDI

İsrail hakimiyyəti İrana qarşı əməliyyata başladığını elan etdikdən sonra ölkə üzərindəki hava məkanını bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə TASS İsrailin nəqliyyat naziri Miri Regevə istinadla məlumat yayıb.

Regionda hava nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüldüyü vurğulanır.

Bundan əlavə, İsrailin müdafiə naziri İsrael Katz İrana hücumdan sonra fövqəladə vəziyyət elan edib və ölkə raket və pilotsuz təyyarələrdən istifadə edərək cavab hücumu gözləyir.

Chosen
14
publika.az

1Sources