EN

“Qalatasaray”ın keçmiş oyunçusu həbs edildi

BAKI, 13 iyun. TELEQRAF

Braziliya yığmasının keçmiş hücumçusu Co aliment ödəməməkdə ittiham edilərək, Quarulyus hava limanında saxlanılıb.

Teleqraf “Globo Esporte” nəşrinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 38 yaşlı futbolçunu təyyarəyə minmək ərəfəsində saxlayıblar.

Braziliyalı ötən ilin mayında da alimenti ödəmədiyi üçün həbs edilmişdi. Həmin vaxt məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edərək, keçmiş forvardı azadlığa buraxmışdı.

Qeyd edık ki, Jo karyerası boyunca xeyli klubda çıxış edib. O, Türkiyənin “Qalatasaray”, İngiltərənin “Mançester Siti”, Rusiyanın MOİK komandalarının da şərəfini qoruyub.

Chosen
73
teleqraf.com

1Sources