EN

Keniyada etirazlar alovlandı: Avtomobillər yandırılır, gözyaşardıcı qaz istifadə olunur

Keniyanın paytaxtı Nayrobidə tanınmış bloqer və ictimai fəal Albert Odcvanqın həbsxanada qəfil ölümü ilə bağlı genişmiqyaslı etiraz aksiyaları başlayıb.

KONKRET.az-ın Oxu.Az-a istinadla verdiyi məlumata görə, etirazçılar onun ölümündə polis əməkdaşlarını günahlandırırlar.

Sosial şəbəkələrdə yüzminlərlə izləyicisi olan Odcvanq hüquq-mühafizə orqanlarındakı korrupsiyanı tənqid edən yazıları ilə tanınırdı. Onun “nifrət yaymaq” ittihamı ilə həbs edildiyi bildirilir.

Etirazçılar polis idarəsinə və Milli Assambleyaya hücum etməyə cəhd göstəriblər.

Chosen
22
2
konkret.az

3Sources