Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Sürücü təhlükəsizlik kəməri sayəsində ağır yol qəzasından sağ çıxıb. Avtosfer.az xəbər verir ki, hadisə Çində baş verib.
Yerli KİV-in məlumatına görə, “Zeekr 001” markalı elektrikli avtomobilin sürücüsü nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib və yağış səbəbindən sükan idarəetməsini itirib. Elektrikli avtomobil yaş yolda nəzarətdən çıxaraq bordürə dəyib və zərbənin təsirindən bir neçə dəfə çevrilib. Hadisə nəticəsində avtomobil ikiyə bölünüb, hissələri isə ətrafa səpələnib. Bundan əlavə, 2023-cü il model avtomobilin dartma batareyası kuzovdan ayrılaraq yanıb.
Bildirilir ki, elektrikli avtomobilin sürücüsü təhlükəsizlik kəməri sayəsində sağ qalıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Namiq Musayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.