EN

Bu ərazilərdə ev tikmək mümkün olmadıqda dövlət hesabına əlavə torpaq ayrılacaq

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış evləri və ya çoxmənzilli yaşayış binalarının yerləşdiyi torpaq sahələrinə dair tənzimləmələr aparılacaq.

Finss.az xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihÉ™sinÉ™ É™sasÉ™n, tÉ™bii fÉ™lakÉ™t, texnogen qÉ™za vÉ™ ya hÉ™rbi É™mÉ™liyyat nÉ™ticÉ™sindÉ™ (iÅŸÄŸaldan azad edilmiÅŸ É™razilÉ™r istisna olmaqla) mÉ™hv olmuÅŸ, yaxud yararsız vÉ™ziyyÉ™tÉ™ düşmüş yaÅŸayış evlÉ™ri vÉ™ çoxmÉ™nzilli yaÅŸayış binalarının (bundan sonra – yaÅŸayış sahÉ™lÉ™rinin) yerləşdiyi torpaq sahÉ™lÉ™rindÉ™ yeni yaÅŸayış sahÉ™lÉ™rinin tikintisi aÅŸağıda müəyyÉ™n edilmiÅŸ hallar É™sasında mÉ™qsÉ™dÉ™uyÄŸun hesab edilmÉ™dikdÉ™ hÉ™min torpaq sahÉ™sinin É™vÉ™zinÉ™ müvafiq mÉ™qsÉ™dlÉ™r üçün torpaq sahÉ™lÉ™ri dövlÉ™t ehtiyat fondu torpaqlarından, bu mümkün olmadıqda isÉ™ mütÉ™nasib dÉ™yÉ™rdÉ™ bÉ™lÉ™diyyÉ™ mülkiyyÉ™tindÉ™ olan torpaqlardan ayrılacaq.

Tikilinin mülkiyyətçisi bununla razılaşmadıqda və ya yuxarıda nəzərdə tutulmuş torpaq sahəsi olmadıqda məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələri dəyəri mülkiyyətçiyə ödənilməklə rekvizisiya qaydasında alınacaq.

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikilməsi aşağıdakı hallar olduqda məqsədəuyğun hesab edilməyəcək:

  • mÉ™hv olmuÅŸ, yaxud yararsız vÉ™ziyyÉ™tÉ™ düşmüş yaÅŸayış sahÉ™lÉ™rinin yerləşdiyi torpaq sahÉ™lÉ™rinin gÉ™lÉ™cÉ™kdÉ™ baÅŸ verÉ™ bilÉ™cÉ™k tÉ™bii fÉ™lakÉ™t nÉ™ticÉ™sindÉ™ yaÅŸayış sahÉ™lÉ™rinin tikintisi baxımından yüksÉ™k riskli É™razi olduÄŸu müəyyÉ™n edildikdÉ™;
  • mÉ™hv olmuÅŸ, yaxud yararsız vÉ™ziyyÉ™tÉ™ düşmüş yaÅŸayış sahÉ™lÉ™rinin yerləşdiyi torpaq sahÉ™lÉ™rinin tÉ™yinatı tikinti aparılmasına icazÉ™ vermÉ™diyi vÉ™ ya kommunikasiya xÉ™tlÉ™rinin mühafizÉ™ zonalarında yerləşdiyi müəyyÉ™n edildikdÉ™.

Yuxarıda nəzərdə tutulmuş hallar tikili mülkiyyətçilərinin müraciəti əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) öz təşəbbüsü ilə 30 gün müddətində apardığı araşdırma nəticəsində müəyyən ediləcək.

Müraciətin və araşdırmanın nəticəsi olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yuxarıda göstərilən hallar barədə qərar qəbul edəcək və həmin qərarı 3 gün müddətində tikilinin mülkiyyətçisinə göndərəcək.

Mövcud qanunvericiliyə əsasən, yanğın, digər qəza və təbii fəlakət hadisəsi nəticəsində tikili dağıldıqda, dağılan gündən ən geci iki il keçənədək tikilini bərpa etməyə və ya həmin sahədə yeni tikili ucaltmağa başlanarsa, həmin torpaq sahəsindən istifadə hüququ saxlanılır.

Yaşayış məntəqəsinin planlaşdırma və tikinti layihələrində həmin torpaq sahəsindən başqa məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulduğu hallarda dağılmış tikililərin bərpası üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada başqa torpaq sahəsi verilir.

Chosen
57
18
fins.az

10Sources