Bu il ölkə üzrə 932 319 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 505 696 hektarını buğda, 426 623 hektarını arpa sahələri təşkil edir.
Operativ Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Hazırda biçin prosesi ölkənin 40 rayonunda əsasən arpa sahələrində aparılır. İyunun 12-nə olan operativ məlumata görə, ölkə üzrə buğda sahələrinin 0,8 faizində, arpa sahələrinin isə 28,7 faizində biçin prosesi yekunlaşıb.
Bugünədək ölkə üzrə 4141 hektar buğda, 122 265 hektar arpa sahəsi biçilib. Sahələrdən 13 032 ton buğda, 381 604 ton arpa yığılıb. Orta məhsuldarlıq buğda üzrə 31,5 sent/ha, arpa üzrə isə 31,2 sent/ha təşkil edir.