EN

Orban: Ukrayna Avropa İttifaqı və NATO-ya üzv ola bilməyəcək

BAKI, 12 iyun. TELEQRAF

“Ukrayna Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcək, çünki bu, ittifaqa son qoyardı, Ukrayna NATO-ya üzv ola bilməyəcək, çünki bu, alyansla Rusiya arasında müharibəyə səbəb olardı”.

Teleqraf xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.

O qeyd edib ki, Ukraynanın tələsik Aİ-yə daxil olması “yeni kreditlər” demək olardı:

“Ukraynanın artıq pulu yoxdur, ona görə də Avropa ölkələri Ukraynanın pensiyalarını, Ukraynanın dövlət sektoru işçilərinin maaşlarını və Ukrayna ordusunu maliyyələşdirəcək”.

Orban Ukraynanın NATO-ya üzv olmaq istəyindən də danışıb:

“Ukrayna NATO-nun üzvü ola bilməz, çünki bu, NATO ilə Rusiya arasında daimi müharibə təhlükəsi deməkdir”.

Chosen
13
1
teleqraf.com

2Sources