Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün iyunun 20-də Ankaraya gedəcək.
APA bu barədə "Sputnik-Armenia"ya istinadən xəbər verir.
Məlumata görə, hər iki lider Ermənistan - Azərbaycan və Ermənistan - Türkiyə münasibətlərini müzakirə edəcək.