EN

İran-ABŞ danışıqlarının altıncı raundu iyunun 15-də Maskatda keçiriləcək...


İranla ABŞ arasında nüvə dosyesi üzrə danışıqların altıncı raundu iyunun 15-də Maskatda keçiriləcək. Danışıqlar prosesində vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi bu barədə özünün sosial media hesabında yazıb.

Xatırladaq ki, aprel ayından başlayaraq Tehran və Vaşinqton Omanın vasitəçiliyi ilə dolayı danışıqlar aparır. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edirlər.

Hazırda danışıqlar uranın zənginləşdirilməsi ilə bağlı fikir ayrılıqlarına görə iflas təhlükəsi ilə üzləşib. ABŞ İranın nüvə obyektlərində uranın zənginləşdirilməsi prosesinin tamamilə dayandırılmasında israrlıdır.

ZÜMRÜD

Chosen
31
baki-xeber.com

1Sources