EN

Premyer Liqada azarkeş hesabatı – “Turan Tovuz”dan böyük üstünlük

Azərbaycan Premyer Liqasının 2024-25 mövsümünün oyunlarını 275 min 933 tamaşaçı izləyib.

Msport.az xəbər verir ki, baş tutan 180 matçda orta tamaşaçı sayı 1533-ə bərabər olub.

Ev oyunlarındakı izləyici sayında “Turan Tovuz” hamını qabaqlayıb. Qərb təmsilçisi mövsüm ərzində 78500, orta hesabla hər oyunda 4361 seyrçi toplayıb. “Turan Tovuz” ikinci yerdən təxminən 2 dəfə öndədir. Tamaşaçı sayında “Neftçi” ikinci, “Sumqayıt” üçüncü pillədə qərarlaşıb.

 

1 Turan Tovuz 78500 18 4361
2 Neftçi 39767 18 2209
3 Sumqayıt 33450 18 1858
4 Qarabağ 31130 18 1729
5 Sabah 23886 18 1327
6 Şamaxı 20900 18 1161
7 Kəpəz 18600 18 1033
8 Zirə 13550 18 753
9 Səbail 11550 18 642
10 Araz-Naxçıvan 4600 18 256
  Cəmi 275933 180 1533

 

Mövsümün ən çox tamaşaçı toplayan qarşılaşmaları Azərbaycan derbiləridir. XXIII turda “Neftçi” – “Qarabağ” oyununda 9355, XXXI turda “Qarabağ” – “Neftçi” görüşündə 7200, XV turun “Neftçi” – “Qarabağ” matçında 7069 seyrçi qeydə alınıb. “Sumqayıt” – “Qarabağ” (IX tur, 7000 tamaşaçı) və “Turan Tovuz” – “Qarabağ” (XXVIII tur, 6500 tamaşaçı) oyunları da ilk “beşlik”də yer alıb.

Chosen
4
5
msport.az

10Sources