EN

Hindistanda sərnişin təyyarəsi qəzaya uğradı - Göyərtəsində 242 nəfər olub - VİDEO

Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında "Air India" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Day.Az xəbər verir ki, "News18" telekanalının məlumatına görə, Londona uçan AI-171 reysinin göyərtəsində 242 sərnişin olub.

Təyyarə havaya qalxdıqdan az sonra Meqaninaqar rayonunda yaşayış massivinə düşüb.

Şahidlərin sözlərinə görə, hazırda qəza yerindən qatı tüstü qalxır. Ölənlər və xəsarət alanlar barədə məlumat yoxdur.

Chosen
18
1
day.az

10Sources