EN

130 sərnişini olan təyyarə QƏZAYA UĞRADI – VİDEO

Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Cümə axşamı, iyunun 12-də Hindistanın Qucarat ştatının Əhmədabad hava limanı yaxınlığında təyyarə qəzası baş verib.

NDTV-nin məlumatına görə, qəza yerinin üzərində qalın tüstü sütunu qalxır.

Təyyarənin növü və mümkün qurbanlar barədə məlumat hələ dəqiqləşdirilir.

Təyyarədə 130 sərnişin olub.

Xuraman Etibarlı

İnterpress.az

 

Chosen
67
2
interpress.az

3Sources