EN

Nazim Umbayev ilk dəfə DÇ-yə təyinat aldı

Azərbaycanlı hakim Nazim Umbayev bu ay Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatına təyinat alıb.

Arena.az bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Xəbərdə vurğulanır ki, azərbaycanlı bir hakim cüdo tarixində ilk dəfə böyüklər arasında dünya çempionatına dəvət alıb. 13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Chosen
35
16
arena.az

10Sources