Ancaq istənilən xarici təhdidlərə qarşı NATO üzüvü olan Türkiyə Cümhuriyyəti və Pakistanla bərabər təhlükəsizlik çətiri formalaşdırmışıq. Bu tarixi gerçəklikdən və günümüz çağırışlarından irəli gələn zərurətdir.Ermənistan isə tamamilə fərqli düşüncələr fonunda NATO ilə əməkdaşlığa can atır. Nikolun əsas istəyi Rusiyanın hərbi varlığını ölkədən çıxartmaq və onların boşalan yerini Qərb qüvvələri ilə əvəzləməkdir. Lakin, günümüz reallığında bu hələ də mümkün olmayan bir məsələdir.
Nəticə etibarilə, Rusiya özünü postsovet məkanında aparıcı güc kimi təqdim etməyə çalışır və keçmiş ittifaq ölkələrinin Qərblə yaxınlaşmasını təhdid metodları ilə əngəlləmək cəhdləri edir. Onlar hesab edirlər ki, Gürcüstan və Ukrayna hadisələri digər dövlətlər üçün bir dərs olmalıdır. Amma, geosiyasi reallıqlar bunun əksini deyir. Ən azından Azərbaycan kontekstində. Rəsmi Bakı keçən dövr ərzində o qədər mükəmməl xarici siyasət strategiyası həyata keçirib ki, hətta ikili münasibətlərdə gərginlik yaşayan güclər belə Azərbaycan reallığında eyni məntiq üzərindən mövqe sərgiləyir. Bu da öz növbəsində Rusiyanın təhdidlərini neytrallaşdırır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31