EN

Bahar Muradova: Gənc ailələr üçün iqtisadi və psixoloji dəstək layihələri icra olunur

BAKI, 12 iyun. TELEQRAF

Türk dünyasında Ailə institutunun möhkəmlənməsi və onun qorunması üçün addımlar atmaq çox vacibdir.

Teleqraf xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Milli mədəniyyətimizi, kimliyimizi və dəyərlərimizi keçmişdən gələcəyə daşıyan körpü-Ailə” mövzusunda keçirilən “Gənc Ailə Forumu”-nda deyib.

O bildirib ki, son illər bu istiqamətdə fəaliyyət genişləndirilib.

"Gənc ailələr üçün iqtisadi və psixoloji dəstək layihələri icra olunur. Gender əsaslı zorakılığın, erkən nikahın qarşısının alınması istiqamətində müdafiə sistemimiz təkmilləşdirilib", - o əlavə edib.

Sədr həmçinin qeyd edib ki, gənc ailələrin, gənclərin bir-biri ilə ünsiyyətdə olması üçün bu gün keçirilən forum unikal platformadır.

Chosen
38
teleqraf.com

1Sources