EN

Ukrayna hərbi büdcəsini 9,6 milyard dollar artırmağı planlaşdırır

Bakı. Trend:

Ukrayna hökuməti hərbi büdcə xərclərini 400 milyard qrivna(təxminən 9,6 milyard dollar) artırmağı nəzərdə tutur.

Trend-inməlumatına görə, bu barədə Ali Radanın Teleqram kanalındabildirilib.

“Hökumət Ali Radaya dövlət büdcəsinə təxminən 400 milyard qrivnaməbləğində düzəlişlər təqdim etməyə hazırlaşır”, – açıqlamada qeydolunub.

Hesabatda əlavə olunub ki, hərbi personalın təchizatında heç birfasilə olmayacaq. Planlaşdırılan xərclərin vergi və gömrükgəlirləri ilə yanaşı, daxili dövlət istiqrazları hesabınaqarşılanacağı vurğulanıb.

Chosen
44
az.trend.az

1Sources