EN

“The Beach Boys”un qurucusu Brayan Vilson vəfat edib

Bakı. Trend:

Amerikalı musiqiçi, “The Beach Boys” rok qrupunun əsasyaradıcılarından biri olan Brayan Vilson 82 yaşında dünyasınıdəyişib.

Trend xəbər verirki, bu barədə musiqiçinin ailəsi sosial şəbəkədə məlumat yayıb.Ölüm səbəbi açıqlanmayıb, lakin 2024-cü ildə Vilsonun neyrokoqnitivpozğunluqdan əziyyət çəkdiyi bildirilmişdi.

Brayan Vilson 1961-ci ildə qardaşları və dostu ilə birlikdəəvvəlcə “Pendletones” adı altında musiqi qrupu yaradıb. Sonradan bukollektiv “The Beach Boys” adını alaraq “Surfin’ USA”, “I GetAround”, “Help Me, Rhonda” və “Good Vibrations” kimi əfsanəvihitlərlə rok musiqisi tarixində iz qoyub.

1990-cı illərdən sonra Vilson solo karyerasına start verərək“Brian Wilson Presents Smile” (2004), “No Pier Pressure” (2015)kimi albomlar buraxıb. İki “Grammy” mükafatı laureatı olan sənətçi2021-ci ildə musiqi kataloqunun hüquqlarını 50 milyon dollara“Universal” şirkətinə satmışdı. 2022-ci ildə isə “Chicago” qrupuilə birgə son turnesini həyata keçirib.

Brayan Vilson pop musiqisində harmoniya və innovasiyanınsimvoluna çevrilmiş, nəsillərin yaddaşında silinməz iz buraxmışsənətkarlardan biri olaraq xatırlanacaq.

Chosen
61
az.trend.az

1Sources